Çikaqoda nümayişçilərə atəş açıldı, ölən və yaralananlar var

"Ölkə.Az" bildirir ki, bu barədə “NBC” televiziyası polisə istinadən xəbər verib.

Çikaqoda nümayişçilərə atəş açıldı, ölən və yaralananlar var

Qeyd olunub ki, nümayişlər zamanı 240 nəfər saxlanılıb, nümayişçilərlə polis arasında baş verən toqquşmalarda isə 20-dən çox polis əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, mayın 25-də sosial şəbəkələrdə Corc Floydun saxta əsginaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizini boynuna qoyub. Videoda onun nəfəs ala bilmədiyini dediyi, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür.

Bu hadisədən qısa müddət sonra Corc Floyd təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Afroamerikalının ölümünə səbəb olan polis əməkdaşı Derek Çauvinin əvvəllər 18 dəfə məhkəməyə verildiyi və haqqında çoxsaylı şikayətlərin olduğu ortaya çıxıb.

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosuna (FTB) və Ədliyyə Nazirliyinə Corc Floydun ölümü ilə əlaqədar istintaqı sürətləndirməyi tapşırıb. Hadisənin iştirakçısı olan 4 polis əməkdaşı işdən çıxarılıb, araşdırma aparılır. report