Çilidə həkimlərdən etiraz: “Maskaları yuyub yenidən istifadə edirik” - VİDEO

Çilidə həkimlər koronavirusa qarşı müdafiə vasitələrinin çatışmazlığı ilə əlaqədar etiraz aksiyası keçiriblər. Bu barədə RT xəbər yayıb. Bildirilir ki, maska çatışmazlığına görə onlar əllərində olan tibbi ləvazimatı yuyub yenidən istifadə etmək məcburiyyətində qalırlar. “Birdəfəlik istifadə edilməli olan fərdi qoruyucu vasitələrə qənaət etmək məcburiyyətində...

Çilidə həkimlərdən etiraz: “Maskaları yuyub yenidən istifadə edirik” - VİDEO

Çilidə həkimlər koronavirusa qarşı müdafiə vasitələrinin çatışmazlığı ilə əlaqədar etiraz aksiyası keçiriblər.

Bu barədə RT xəbər yayıb.

Bildirilir ki, maska çatışmazlığına görə onlar əllərində olan tibbi ləvazimatı yuyub yenidən istifadə etmək məcburiyyətində qalırlar.

“Birdəfəlik istifadə edilməli olan fərdi qoruyucu vasitələrə qənaət etmək məcburiyyətində qalırıq, onlardan təkrar-təkrar istifadə edirik, bunun isə mənası olmur”, - deyə həkimlərin həmkarlar ittifaqının prezidenti Tomas Laqomarsino bildirib.

Son məlumatlara görə, ölkədə 7 525 nəfər koronavirusa yoluxub. Onlardan 2 367 nəfəri sağalıb, 82 nəfəri isə ölüb.