Cin-bizimlə-muqavilə-baglamaq-ucun-olur-razilasma-olmasa-tarifləri-artiracam

Tramp: Çin ilə razılaşa bilməzsək gömrük tarifləri artacaq

Cin-bizimlə-muqavilə-baglamaq-ucun-olur-razilasma-olmasa-tarifləri-artiracam
https://peyk.az

ABŞ Prezidenti Donald Tramp, Çin ilə razılaşmamaları vəziyyətində, gömrük tariflərinin ciddi yüksəldiləcəyini söyləyib.

Peyk.az marja.az-a istinadən bildirir ki, Tramp "Economic Club of New York"da etdiyi çıxışında, "Əgər müqavilə bağlamayacaqsaq, tarifləri əhəmiyyətli ölçüdə artıracağıq. Tariflər çox böyük ölçüdə artacaq və bu vəziyyət bizə səhv davranan digər ölkələr üçün də keçərli olacaq" deyib.

Tramp, "Ticarət razılaşmasını yalnız Amerikan işçiləri və məhsulları üçün faydalı və yaxşısa imzalayacam" deyərək, "Çin bizimlə müqavilə bağlamaq üçün ölür. Birinci mərhələ ticarət razılaşmasına çox yaxınıq, çox yaxında reallaşa bilər" deyib.

ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Xi Jinping, ticarət razılaşmasının birinci mərhələsini, bu ay Çilidə keçirilməsi planlaşdırılmış APEC Zirvəsində imzalamağı nəzərdə tuturdular. Lakin zirvə Çilidəki ictimai hadisələrə görə ləğv edilib.

Milli.Az