Çindən ABŞ-a çağırış: Təmkinli olun!

ABŞ-ı gərginliyin daha çox artmaması, hərbi toqquşmanın yaşanmamsı üçün səbirli və təmkinli olmağa çağırırıq.

Çindən ABŞ-a çağırış: Təmkinli olun!
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandiri Qasım Süleymaninin öldürülməsindən sonra regionda vəziyyətin gərginləşməsi barədə danışarkən deyib.

“Yaxın Şərqdə vəziyyətin pisləşməsi və gərginliyin artması hər iki ölkənin maraqlarına uyğun deyil. Həmçinin, bölgədə sülh və sabitliyin olması bütün dünya üçün ən vacibdir məsələdir. Çin beynəlxalq münasibətlərdə hərbi gücün tətbiqinə qarşıdır. Çünki hərbi yolla nəyəsə nail olmaq mümkünsüzdür. Biz hər iki tərəfi BMT Nizamnaməsinin prinsip və qanunlarına əməl etməyə çağırırır və onların nizamnaməyə əməl edəcəklərinə inanırıq”, - deyə Çin rəsimisi bildirib.