Çindən Türkiyəyə xüsusi TƏŞƏKKÜR

Çinin Xarici İşlər nazirliyi Türkiyəyə, yeni koronavirus (2019-nCoV) epidemiyası ilə mübarizədə onlara verdiyi dəstək səbəbindən təşəkkür edib.

Çindən Türkiyəyə xüsusi TƏŞƏKKÜR
https://peyk.az

Peyk.az-ın məlumatına görə, Çin Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hua Çunying, ictimai mesajlaşma tətbiqi "WeChat" üzərindən təşkil etdiyi mətbuat konfransında, Türkiyənin Çinə koronavirus epidemiyasıyla mübarizədə göndərdiyi maska və tibbi paltarlara görə dəstəyini yüksək dəyərləndirib.
Hua, Türkiyənin bu yardımının Çin xalqı ilə yüksək dostluq münasibətlərinin ifadəsi olduğunu qeyd edib: "Çin epidemiya ilə mübarizənin kritik dövründə tədarük etdiyi tibbi vəsaitlərə görə Türkiyəyə təşəkkür edib"

Çindən Türkiyəyə xüsusi TƏŞƏKKÜR