Çinlə ticarət dövriyyəmiz AÇIQLANDI - 66,7% ARTIM

2019-cu il ərzində Azərbaycan və Çin arasında ümumi dəyəri 2 184 194 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Çinlə ticarət dövriyyəmiz AÇIQLANDI - 66,7% ARTIM
https://peyk.az

Peyk.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin 12 aylıq göstəricisi ilə müqayisədə 873 947,08 min dollar və ya 66,7% çoxdur.

2019-cu il ərzində iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 6,56%-nə bərabər olub.

2019-cu il ərzində Azərbaycanın Çinə icracının həcmi 752 162,63 min dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 638 589,17 min dollar və ya 6,62 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Çindən idxalı isə 1 432 031,37 dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri iə müqayisədə 235 357,91 min dollar və ya 19,67% çoxdur.

Azərbaycanın Çin ilə ixracdakı payı ümumi ixracın 3,83%-nə, idxaldakı payı isə ümumi idxalın 10,48%-nə bərabərdir.