Cinsiyyətini dəyişdikdən 20 il sonra yenidən qadın olmaq qərarına gəldi

44 yaşında transgender kişi olmaq qərarına gələn qadın öz qərarından bərk peşman olduğunu və yenidən qadın kimi yaşamaq istədiyini deyib.

Cinsiyyətini dəyişdikdən 20 il sonra yenidən qadın olmaq qərarına gəldi
https://peyk.az

Peyk.az-ın oxu.az-a istinadən məlumatına görə, Debbi bu barədə "Newsnight"da Debora Koen ilə söhbəti zamanı bəyan edib.

Debbi qadın cinsinin nümayəndəsi olaraq doğulub. Lakin 90-cı illərdə televiziyada yayımlanan "Kilroy şou"suna baxarkən, aparıcı Robert Kilroy Silkin qadın transseksuallarla müsahibəsini görür və kişi transgender olmaq qərarına gəlir:

"Mən sadəcə televizoru lazımi vaxtda yandırmışdım. Kilroy kişi transgenderlərlə danışırdı. Bu evrikaya oxşayırdı. Düşündüm ki, bu mənəm, bu mənim etməli olduğum işdir".

Uşaq vaxtı cinsi istismara məruz qalmış Debbi kişi olacağı təqdirdə başqa insan olacağını düşündüyünü deyib.

O, bundan sonra testosteron qəbul etməyə başlayıb, üç ildən sonra isə cərrahi əməliyyatla bütün bədənini dəyişib.

Kişi kimi həyat sürdüyü 17 il ərzində o, testosteron qəbul etməyə və saqqal saxlamağa davam edib.

Hazırda yenidən qadın olmaq üçün müəyyən proseslərdən keçən Debbi keçmiş əməliyyatını səhv adlandırıb və doğulduğu bədəni "cərrahi yolla eybəcərləşdirdiyi üçün peşmançılığını" ifadə edib.

"Sehrli çubuğu tərpətməli olacağam, ancaq ümidvaram ki, saçlarım yenidən çıxacaq, bədənimdəki tüklər azalacaq və üzümdəki bu saqqaldan xilas olacağam".