“Coca-Cola” şirkətinin yük maşını aşdı

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Coca-Cola” şirkətinin yük maşını aşdı
https://peyk.az

Peyk.az-ın “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, “Coca-Cola” şirkətinə məxsus “Kamaz” markalı yük maşını hərəkətdə olan zaman idarəetmədən çıxaraq qarşısında hərəkətdə olan digər yük maşını ilə toqquşub. Nəticədə, hər iki avtomobil aşıb. Hadisə zamanı şirkətin avtomobilini idarə edən sürücü dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.