Conson Putinlə görüşdü: Münasibətlər normallaşmayacaq

Britaniya-Rusiya münasibətləri Moskvanın qeyri-stabillik yaradan fəaliyyətini dayandırdıqdan sonra normallaşacaq.

Conson Putinlə görüşdü: Münasibətlər normallaşmayacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, bu məlumatı Britaniya Baş naziri Boris Consonun mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinlə ingilis baş nazirin Berlin konfransında baş tutan görüşündən sonra yayıb.

“Baş nazir deyib ki, Rusiya Birləşmiş Krallıq və müttəfiqlərinə təhdid yaradan fəaliyyətini dayandırmadıqca münasibətlər normallaşmayacaq”, - deyə bəyanatda bildirilib.

Liderlərin görüşündə həmçinin Liviya, Suriya, İraq, İranda təhlükəsizlik məsələlərinin müzakirə edildiyi vurğulanıb.