Çörəyin inanılmaz fəsadları - Alim AÇIQLADI

Çörəyin inanılmaz fəsadları - Alim AÇIQLADI
https://www.peyk.az

Alimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz. Buna görə də bir çox qidalanma mütəxəssisləri insanları çörəkdən imtina etməyə səsləyir.

Daim ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köp yaradır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, başqa bir araşdırmada isə məlum olub ki, uzun illər karbohidratlardan imtina etmək ürək xəstəliyi riskini 20 faiz artırır!

Ürək sağlamlığı baxımından düzgün qidalanma və fiziki aktivlik əhəmiyyət daşıyır. Arıqlamaq üçün özünü bir çox faydalı məhsullardan məhrum etmək, səhv qidalanmaq ürək sağlamlığına mənfi təsir göstərə bilər.

Türkiyəli kardioloq, professor Müzəffər Değertekin ötən günlərdə aparılan Avropa Kardioloji Cəmiyyətində açıqlanan məlumatların detallarından danışıb. Fransanın paytaxtı Parisdə keçirilən Avropa Kardioloji Dərnəyinin toplantısında iştirak edən professor bildirib ki, karbohidratdan imtina və tez-tez arıqlayıb kökəlmək ürək ritmlərinin pozulmasına gətirib çıxarır:

“Dərnəyin iclasında 30 minə yaxın həmkarımız son prosesləri qiymətləndirib. Son aparılan tədqiqatlarda təxminən 450 min nəfər iştirak edib, 25 min adamın həyat və qidalanma tərzi isə təxminən 10 il boyunca təqib edilib. Təqib zamanı xəstələr qidalanma vərdişləri, karbohidrat və yağ istifadəsinə görə 4 qrupa ayrılıb. Məlum olub ki, normal çəkiyə düşdükdən sonra aşağı karbohidratlı pəhrizə davam edən insanlarda ürək xəstəliyi riski 20 faiz daha yüksəkdir. Qısa müddətlik karbohidratlardan imtina etmək faydalıdır, ancaq 10 il davam etməsi ürək xəstəliklərinə yol açır”.

Professorun sözlərinə görə, həddən artıq karbohidrat istifadəsi də zərərlidir:

“Karbohidrat məhsulların istifadəsi nəzarət altında olmalıdır, amma tamamilə imtina etmək doğru deyil. Tədqiqatlar göstərir ki, karbohidratdan istfadə gündəlik 200 qramdan aşağı olmamalıdır.

Fiziki aktivlik xüsusilə mühümdür. Fiziki aktivlik nə qədər yüksək olsa da, metabolizm o qədər sürətlənir. Bu, həm də ürək xəstəliklərinin yaranması riskini minimuma endirir. Eyni zamanda doymuş yağların və siqaret istifadəsi məhdudlaşdırılmalıdır. Bunlardan başqa, məşq və balanslı bəslənməyə diqqət etmək lazımdır.

Köklük ciddi bir sağlamlıq problemidir, lakin tez-tez kökəlib arıqlamaq da ürəyə mənfi təsir göstərir. Köklük uzun müddət davam edərsə, ürək xəstəliyi riski daha çox artır. Xüsusilə tez-tez və sürətlə kökəlib arıqlayan insanlarda ürək ritm pozğunluqları meydana çıxır. Bu ritm problemi infarkta səbəb olur. Odur ki, çəkini stabil saxlamaq və qidalanmaya nəzarət etmək vacibdir. Uzun illər boyu piylənmədən əziyyət çəkənlərdə ürək xəstəliyi riski daha yüksəkdir. Şok pəhrizlər bir miqdar təsirli olsa belə ürək ritminə mənfi təsir edir".

200 qram karbohidrat nəyə uyğun gəlir?

6 dilim çörək, 1 porsiya tərəvəz yeməyi, 1 porsiya qatıq, 2 çay qaşığı bal, 1 kasa şorba, 1 porsiya souslu makaron, 2 ədəd qalet;

2 qab salat, 1 porsiya tərəvəz yeməyi, 1 kasa şorba, 5 dilim çörək, 2 porsiya süd və ya qatıq, 2 porsiya meyvə, 4 yemək qaşığı plov, 1 ədəd qalet;

2 qab salat, 2 porsiya tərəvəz, 1 porsiya şorba, 3 porsiya meyvə, 2 porsiya süd və ya qatıq, 4 incə dilim çörək, 4 yemək qaşığı plov və ya makaron.

Qeyd edək ki, ən faydalı çörək emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanır. Belə çörəkdə buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır.

Arpa unundan və ya arpa ilə buğda unların qarışığından hazırlanmış çörək də çox faydalıdır. Buğda kəpəyi əlavə olunmuş çörək də çox faydalıdır. Kəpək mədə-bağırsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir.