Corc Floydun dəfn xərclərini boks üzrə keçmiş dünya çempionu ödəyəcək

Boks üzrə keçmiş dünya çempionu, amerikalı Floyd Meyuezer Minneapolis(Minnesota ştatı) şəhərində polis tərəfindən tutulmadan sonra ölən Corc Floydun dəfnxərcləri ödəyəcək.

Corc Floydun dəfn xərclərini boks üzrə keçmiş dünya çempionu ödəyəcək

Boks üzrə keçmiş dünya çempionu, amerikalı Floyd Meyuezer Minneapolis (Minnesota ştatı) şəhərində polis tərəfindən tutulmadan sonra ölən Corc Floydun dəfn xərclərini ödəyəcək.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi ESPN telekanalına Meyuezerin nümayəndəsi Leonard Ellerbi bildirib.

"O (Meyuezer - red), yəqin ki, bunu dediyimə görə qəzəblənəcək, amma o şübhəsiz ki, dəfn xərclərini ödəyəcək", - nümayəndə bildirib.

Onun sözlərinə görə, sabiq boksçu ölümü ABŞ-da kütləvi etiraz aksiyalara səbəb olmuş afroamerikalının ailəsi ilə əlaqə saxlayıb. Boksçu dəfn xərclərini ödəməklə bağlı ;təklifinə ailədən müsbət cavab alıb. ;

"Floyd (Meyuezer - red) 20 ildən çoxdur belə işlərlə məşğul olur", - Ellerbi deyib.

O, qeyd edib ki, boksçu bu hadisədə özünü tərifləməyə cəhd etmir və öz hərəkətini gizlətməyi üstün tutardı.

Meyuezerin 43 yaşı var. Onun peşəkar boks karyerasında 50 döyüş və 50 qələbəsi var. ;

Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir. ;