"Çukur" cəzalandırıldı

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) "Çukur" serialını yayımlayan Show TV-ni cəzalandırıb.

"Çukur" cəzalandırıldı
https://www.peyk.az

Axşam.az xəbər verir ki, buna səbəb sözügedən ekran işində silahın təbliği və işgəncə səhnələrinə yer verilməsi olub.

RTÜK həmin serialdan qaynar xətlərinə 3 min 382 şikayət daxil olduğunu açıqlayıb.

Ekran işindən əldə olunan gəlirin 2 faizi qurumun hesabına köçürüləcək.