Culian Assanc hakim qarşısına çıxdı

Culian Assanc hakim qarşısına çıxdı

Culian Assanc hakim qarşısına çıxdı

Londonda Vikiliksin yaradıcısı Culian Assancın ABŞ-a ekstradisiya məsələsi ilə bağlı məhkəmə prosesi keçirilib. Peyk.az sonxeber.aza istinadən xəbər verir ki, məhkəmə bir saata yaxın davam edib. Müttəhim tribunada oturaraq özünü sakit aparıb. Qərar qəbul edilməyib. Məhkəmənin növbəti iclası 18 noyabr tarixinə təyin edilib.
Assancın tərəfdarları ehtimal edirlər ki, həbsxanada onu psixotrop maddələr qəbul etməyə məcbur ediblər. Buna görə də,baş verənlərə adekvat reaksiya verə bilmir. Məsələn, məhkəmə zalında hakim ona "Nələrin baş verdiyini anlayırsınız" sualını ünvanlayıb. Assanc isə "Əslində, yox" cavabını verib.