Home Ölkə Dəhşətli cinayətin qurbanı olan qadın nazir Azad Rəhimovun yaxın qohumudur

Dəhşətli cinayətin qurbanı olan qadın nazir Azad Rəhimovun yaxın qohumudur

123
0

Bakıda baş verən dəhşətli cinayətin qurbanı olan Adelya Taxveli Gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur.

“Qafqazinfo”ya daxil olan məlumata görə, 30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır.

Gənc xanımın Amerikada təhsil aldığı, həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan iki uşağı var. Cütlüyün toyunda nazir A. Rəhimov və ailəsi də iştirak edib.

Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova Tibb elmləri doktorudur, hazırda Azərbaycan Tibb Universiteti, 1-ci Uşaq xəstəlikləri kafedrasının müdiri işləyir. Adelyaya da onun adını qoyublar. Atası Azər Namazov isə ixtisasca həkimdir.

Sözügedən ailə bir müddət əvvəl medianın gündəminə mülklə bağlı gəlib. Adelyanın atası A. Namazov həyat yoldaşı (Adelyanın anası) Samirə Süleymanovadan şikayətçi olaraq hədə-qorxu ilə evinin əlindən alındığını bildirmişdi. Hətta tərəflər Səbail Məhkəməsində üz-üzə gəlmişdilər.

Qeyd edək ki, hadisə dünən saat 3 radələrində baş verib. “Buta Palace”nin art direktoru Ramiz Taxveli xanımı Adelya Taxvelini 5-ci mərtəbədən balkondan atıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here