Dərbənddə kütləvi toy Ginnesin rekordlar kitabına düşdü

Dərbənddə kütləvi toy Ginnesin rekordlar kitabına düşdü
https://www.peyk.az

Nikah şöbəsinin müdiri Tatyana Marçenko toyun özəlliklərindən danışıb

Dağıstanın Dərbənd şəhərində yerli stadionda bazar günü keçirilən çoxmillətli toy və qonaqların sayına görə olan mərasim Ginnesin rekordlar kitabına düşüb.

Dərbənd administrasiyasının Nikah şöbəsinin müdiri Tatyana Marçenko toyun özəlliklərindən danışıb:

"Vətəndaş qeydiyyatı idarələri tarixində ilk dəfə olaraq ən böyük çoxmillətli toy mərasimi olan qədim Dərbənddə belə bir möhtəşəm hadisə ilə qarşılaşıram.

16 millətin nümayəndələrinin 24 cütlüyünün müvafiq məlumatları 29 sentyabr 2019-cu il tarixdə Dərbənd şəhər vətəndaşların qeydiyyatı aparatı kitabına daxil edilib.

 

Rusiya Federasiyasının ailə kodeksinə əsasən, bu gün öz ailələrini yaradan cütlüklərin məlumatlarının qeydə alınması faktını təsdiqləyirəm " deyə bildirib. (Trend)