Dağdan düşən iri daşlar 6 nəfəri öldürdü

Dağdan düşən iri daşlar 6 nəfəri öldürdü
https://www.peyk.az

Hadisə yerinə gələn xilasedicilər və polislər yaralıları xəstəxanalara çatdırıblar

Hindistanda sürüşmənin təsiri ilə iri daşların yolda hərəkət edən avtomobillərin üzərinə düşməsi nəticəsində 6 nəfər ölüb, 4 yaralanıb.

Hindistan KİV-ləri xəbər verir ki, hadisə Uttarakhand ştatının Devaprayaq şəhəri ərazisində yerli vaxtla 14:30-da baş verib. Hadisə yerinə gələn xilasedicilər və polislər yaralıları xəstəxanalara çatdırıblar.

Qeyd edək ki, bölgədə bir neçə gündür davam edən şiddətli yağışlar torpaq sürüşməsi, sel və daşqınların yaranmasına səbəb olub.(AZƏRTAC)