Daha 1503 sürücü karantini pozdu - Məsuliyyətə cəlb edildi

16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Daha 1503 sürücü karantini pozdu - Məsuliyyətə cəlb edildi

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə daha 1503 nəfər cəzalandırılıb.

Baş Dövlət Yol Polis İdarəsindən Peyk.az-a verilən məlumata görə, 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

www.peyk.az