Daha bir dünya çempionatı koronavirusa görə təxirə salındı

2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilməsi nəzərdə tutulan üzgüçülük üzrə dünya çempionatı COVID-19 pandemiyası səbəbindən təxirə salınıb. “Moskovskiy Komsomolets” xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasından məlumat verilib. Federasiyanın elan etdiyi yeni qərara əsasən, üzgüçülük üzrə dünya...

Daha bir dünya çempionatı koronavirusa görə təxirə salındı

2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilməsi nəzərdə tutulan üzgüçülük üzrə dünya çempionatı COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.

“Moskovskiy Komsomolets” xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasından məlumat verilib.

Federasiyanın elan etdiyi yeni qərara əsasən, üzgüçülük üzrə dünya çempionatı 13-18 dekabr 2021-ci tarixində keçiriləcək.