Daha bir karateçimiz uğur qazandı

Fevralın 7-dən 9-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində yeniyetmə və gənclərin karate üzrə 12-ci Avropa çempionatı baş tutub.

Daha bir karateçimiz uğur qazandı
https://peyk.az

52 ölkədən 1155 idmançının qatıldığı bu mötəbər yarışda yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız turniri 8 medalla başa vurub. Karateçilərimiz turnirdə 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Gənclər arasında millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Əminağa Quliyev üçün də bu yarış uğurlu olub. Çəkisi 61 kiloqramadək olan idmançılar arasında finala qədər irəliləyən yetirməmiz bürünc medal qazanıb.

Ə.Quliyevi bu yarışa Cəmiyyətin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov hazırlayıb.