Daha bir komitə sədri Gürcü Arzusundan getdi

Gürcü Arzusu Partiyasını daha bir deputat tərk edib.

Daha bir komitə sədri Gürcü Arzusundan getdi
https://peyk.az

Peyk.az xəbər verir ki, partiyanı tərk edən parlamentin Səhiyyə Komitəsinin sədri Akaki Zoidze olduğu bildirilib. Onun partiyasını proporsional seçki sisteminin tətbiq edilməməsi üçün tərk etdiyi vurğulanıb.

Qeyd edək ki, Tiflisdəki etiraz aksiyaları başlayandan bu yana Gürcü Arzusu Partiyasını 8 deputat tərk edib. Onlar arasında vitse-spiker Tamar Cuqoşvili, Avropa İnteqrasiyası Komitəsinin sədri Tamar Xulordava, Təhsil Komitəsinin sədri Mariyam Caşi, Xarici Əlaqələr Komitəsinin sədri Sofi Kaçarava, deputatlar Dmitri Çkitişvili, İrina Pruidze, Georgi Mosidze, Zaza Xuçişvili yer alıb.

Bundan öncəki dönəmdə isə partiyanı Eka Beseliya, David Çiçinadze kimi nüfuzlu deputatlar tərk ediblər.