Daha bir terror hücumu – 10 polis əməkdaşı həlak oldu

Əfqanıstanın Bağlan əyalətində “Taliban” radikal hərəkatı yaraqlılarının hücumu nəticəsində 10 polis əməkdaşı öldürülüb.

Daha bir terror hücumu – 10 polis əməkdaşı həlak oldu
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə “Ariana News” telekanalı xəbər yayıb.

Qeyd edilir ki, yaraqlılar gecə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Yanvarın 27-də isə Əfqanıstanın şərqindəki Dex Yak bölgəsində bir təyyarənin qəzaya uğradığı məlum olub. Daha sonra ABŞ hərbçiləri qəzaya uğrayan təyyarənin Amerikaya məxsus “Bombardier E-11A” təyyarəsi olduğunu təsdiqləyiblər.

Mediada yayılan məlumatlara görə, təyyarənin vurulmasına görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb. Pentaqon təyyarə qəzasını araşdırır.