Damarların sarımsaq və limonla təmizlənməsi -

Qanda xolesterinin səviyyəsi yüksək olduqda artıq xolesterin damarlarda yığılmağa başlayır. Bu çox təhlükəli prosesdir.

Damarların sarımsaq və limonla təmizlənməsi -

Qanda xolesterinin səviyyəsi yüksək olduqda artıq xolesterin damarlarda yığılmağa başlayır. Bu çox təhlükəli prosesdir.

Bunun nəticəsində damarların mənfəzi daralır, damarlar elastikliyini itirir, zəif və kövrək olur. Belə damarların tam tutulması və ya yırtılması riski çox yüksəkdir. Damarın beyin və ya ürəkdə tutulması və ya partlaması çox ağır pozulmalara – infarkt və insulta səbəb olur.

Xalq təbabətində damarların təmizlənməsi üçün çoxlu sayda reseptlər var. Peyk.az oxucularını çox tanınmış belə reseptlərdən biri ilə tanış edir.

Bizə 4 limon və 4 baş sarımsaq lazım olacaq. Sarımsaqları təmizləyin, limonları dilimləyin və çəyirdəkləri çıxardın. Sarımsaq və limonları ətçəkən maşınından və ya blenderdən keçirin. Alınmış kütləni 3-litrlik balona boşaldın, üzərinə balonun ağzına qədər ilıq qaynanmış su tökün, qapaqla bağlayın. Balonu 3 gün ərzində otaq temperaturunda saxlayın, vaxtaşırı qarışdırın. 3 gündən sonra suyu süzün.

Gündə 3 dəfə 1-2 x.q. olmaqla yeməkdən 30 dəqiqə əvvəl və ya sonra 40 gün ərzində qəbul edin.   

Bu vasitə damarları təmizləyir, təzyiqi salır, baş ağrılarını azaldır, insanı daha gümrah edir.

Peyk.Az

Peyk.Az