Dani Alveşin avtomobili oğurlandı

Braziliyanın "San-Paulu" klubunda çıxış edən Dani Alveş xoşagəlməz hadisə ilə üzləşib.

Dani Alveşin avtomobili oğurlandı
https://peyk.az

Peyk.az xəbər verir ki, məşhur futbolçunun San-Paulunun Pineyros məhəlləsində maşını oğurlanıb. Avtomobiliin dayanacaqda saxlayan 36 yaşlı müdafiəçi geri qayıdarkən maşını tapmayıb.            Yerli polis oğruların mühafizəçini təhdid edərək, maşını apardıqlarını açıqlayıb.