Daşkəsəndə beş yaşlı uşağı avtomobil vurdu

Daşkəsən rayonunda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Report-un məlumatına görə, hadisə rayonun girişindəki Bayraq meydanı ərazisində qeydə alınıb.  Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yusif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən onu “VAZ-2115” markalı avtomobil vurub....

Daşkəsəndə beş yaşlı uşağı avtomobil vurdu

Daşkəsən rayonunda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə rayonun girişindəki Bayraq meydanı ərazisində qeydə alınıb. 

Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yusif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən onu “VAZ-2115” markalı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.