Daxili uçuşların bərpası ilə bağlı AÇIQLAMA

“Yaxın günlərdə daxili uçuşların bərpa olunması gündəmdədir”.

Daxili uçuşların bərpası ilə bağlı AÇIQLAMA

Peyk.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı qeyd edib.

Ramin Bayramlı vurğulayıb ki, hava nəqliyyatında uçuşları tənzimləyən metodik göstərişlər Operativ Qərargah və hava nəqliyyatı sahəsindəki qurumların birgə səyi nəticəsində hazırlanaraq təsdiq olunub:

“Bu göstərişlərdə sərnişinlərin say məhdudiyyəti, o cümlədən daxili uçuşlar zamanı laborator analizlərin keçirilməsi nəzərdə tutulub. Müzakirəsi tamamlanmayan bəzi mövzular da həllini tapdıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Beynəxalq uçuşlarla bağlı müzakirələr hələlik daavm etdirilir və bir sıra qaydaların qəbul olunması məsələsinə baxılır. Güman edirik ki, bu məsələni 1 iyula qədər gecikdirə bilərik”.

Gülşən Şərif

www.peyk.az