DEİK: Azərbaycan və Türkiyə regional iş birliyindən iqtisadi inteqrasiyaya keçə bilər

Selçuk Akat : "Hazırda biz, regional əməkdaşlığımızı yenidən nəzərdən keçirməli və yeni strateji konsepsiya əsasında yenidən şəkilləndirməliyik"

DEİK: Azərbaycan və Türkiyə regional iş birliyindən iqtisadi inteqrasiyaya keçə bilər

“Türk iş dünyası olaraq əsas fürsət Çindən ayrılması gözlənilən qlobal tədarük zəncirində strateji bir mövqe tutmaqdır. Avropa ilə ;Gömrük Birliyi olan Türkiyənin inkişaf etmiş sənaye infrastrukturu ilə xeyli çox əlverişli bir mövqedədir. Bu fürsətdən faydalanmaq üçün Gömrük İttifaqının yenilənməsi və İngiltərə ilə “Brexit”dən sonrakı münasibətlər modelinin sağlam əsaslarla qurulması vacibdir ”.

Report” xəbər verir ki, bunu Anadolu Agentliyinə müsahibəsində Xarici İqtisadi Münasibətlər Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının başçısı Selçuk Akat bildirib.

Gələn il Azərbaycanın və digər türk dövlətlərinin müstəqilliyini bərpa etməsindən 30 il keçəcəyini xatırladan S.Akat bildirib ki, ;Türkiyə müstəqillik qazandıqdan dərhal sonra bu ölkələri tanıyaraq səfirliklər açıb: "Türk Hava Yolları (THY) bu bölgələrə uçuşlara başlayaraq ;iş adamları ;üçün ;biznes fəaliyyətini əlçatan etdi. Hazırda biz regional əməkdaşlığımızı nəzərdən keçirməli və yeni strateji konsepsiya əsasında formalışdırmalıyıq. Belə ki, regional iqtisadi iş birliyindən iqtisadi inteqrasiyaya keçə bilərik”. ;