Deputat: “AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur”

Avropa Şurası Parlament Şurasının (AŞPA) Azərbaycana qarşı qərəz ; ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur.

Deputat: “AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur”

;Bunu “Ölkə.Az”a açıqlamasında deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, biz zaman-zaman AŞPA-nın Azərbaycan qarşı qərəz və ikili standartlarının şahidi olmuşuq. “AŞPA-kı müəyyən anti-Azərbaycan qüvvələr, erməni lobbisinin təsiri altında olan ; qüvvələr davamlı olaraq ; Azərbaycanın imicini ləkələmək üçün şər-böhtana üstünlük verir. Ümumiyyətlə, son illərin təcrübəsi göstərir ki, AŞPA göstərilən etimadı doğrultmur. Ermənistan tərəfindən işğal edilən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki xunta rejiminin keçirdiyi “seçki”lərlə bağlı mövqe bildirməməsi ; AŞPA-nın ; ölkəmizə qarşı ikili standartların mövcud olduğunu, ; qərəzli mövqeyin olduğunu təsdiqləyir”- deputat qeyd edib.

;Deputat əlavə edib ki, cənab Prezident haqlı olaraq iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı AŞPA-nın Dağlıq Qarabağdakı xunta rejimi ilə bağlı mövqeyini sərt tənqid etməsində tam haqlı idi: “Ölkə başçısı bəyan etdiyi kimi Dağlıq Qarabağda da xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. Səbəb isə aydın ; və bəsitdir. Çünki AŞPA-nın əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. O baxımdan da ; AŞPA-nın ; fəaliyyətinin nə obyektivliyindən, ; nə də ədalətdən söhbət gedə bilər.

Bütün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiya dayanır.

Əgər belə deyilsə, o zaman AŞPA niyə ABŞ-da polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsinə niyə susur və səsini çıxarmır? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

Mürtəza Ölkə.Az