Deputat: “Azərbaycanın pandemiya dövründəki uğurları azərbaycanafobiya qüvvələri narahat edir”

;Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Deputat: “Azərbaycanın pandemiya dövründəki uğurları azərbaycanafobiya qüvvələri narahat edir”

Onun sözlərinə görə, cənab Prezident çıxışında ; onu da bəyan etdi ki, ; ermənilərə tarixi torpaqlaırmızıda ; özlərinə dövlət quraraq oradakı yer adlarını, toponimləri dəyişdirib, saxta tarix yaratmaq istəyirlər. “Ermənistan indi bu saxtakarlığı Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda da həyata keçirməkdədir. Ancaq buna imkan verilməyəcək. Azərbaycan Ali Baş komandanın bu məsələdə mövqeyi birmənalı, qəti və dəyişməzdir. Bir qarşı torpaqlaırmızın da işğal altında qalmasına imkan verilməyəcək.

Münaqişənin danışıqlar yolu ilə həlli isə ermənilər tərəfindən uzadılır. Ermənilər hər vəchlə danışılar prosesini pozub, işğalçılıq siyasətini davam etdirmək istəyirlər. Bu məqsədlə müxtəlif təxribatlara əl atırlar. Növbəti təxribatlardan biri də ; martıq 31-də işğal altında olan Dağlıq Qarabağdakı xunta rejiminin keçirdiyi “seçkilərdir”. Əslində qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasından başqa bir şey deyil və dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki AŞPA-nın əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. ; ;Bununla da ; Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan, o cümlədən özünün bəyan etdiyi prinsiplərin əleyinə çıxaraq xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”- deputat bildirib.

O əlavə edib ki, dünya COVİD-19 oandemiyası ilə mübarizə aparıb, bütün gücünü bu istiqamətə səfərbər etdiyi bir zamanda, Ermənistan ; işğal edilmiş Azərbaycan torpaqlarında beynəlxalq hüquqa hayqırı nümayiş etdirərək belə bir “seçki” şousu təşkil etdi. Ermənistanın beynəlxalq hüququ ayaqlar altına atmasına ilk növbədə, fəaliyyətlərində beynəlxalq hüququn aliliyini, demokratiyanı, insan hüquqlarını dəstəklərini, işğalçılıq siyasətinə və terrora ; qarşı amansız mübarizə apardıqlarını bəyan edən Avropa və Qərb ölkələri tərəfindən səssiz ; qarşılandı. ; Həta özlərini demokratiyanın müdafiəçisi elna edən beynəlxalq təşkilatlar ; ;beynəlxalq hüququn pozulmasına ; seyrçi mövqe sərgilədilər. Xüsusən də AŞPA. AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir.

Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər. ; Bu illər ərzində ; AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Əgər bu belə olmasaydı, o zaman ; AŞPA Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmiş olardılar. Hansı ki, bu insanlar öz vətənlərində işğal edilmiş ərazilərində ; erməni hərbçiləri tərəfindən girov götürülüblər. ; Axı onlar da insandırlar və işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil. Bu təşkilatların ; Azərbaycana olan münasibətin səbəbi də aydındır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış etmişdir. Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz. Ancaq bu cəhdlər nəticə verməyəcək və Azərbaycan Prezidentinin uzaqgörən, müdirk siyasəti nəticəsində bunlar da geridə alcaq. Münasib bir məqam yetişən kimi torpaqlarımız da işğaldan azad olunacaq. Azərbaycan ordusu ; söznün deyəcək!”.

Mürtəza Ölkə.Az