Deputat: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycanın nüfuzuna zərbə vurmaq üçün qarayaxma kampaniyası aparırlar”

Bunu “Ölkə.Az”a açılamasında ; Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycanın nüfuzuna zərbə vurmaq üçün qarayaxma kampaniyası aparırlar”

Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib, dünyada söz sahibi olan dövlətə çevrilib. “Təsadüfi deyil ki, Azərbaycan regional və qlobal əhəmiyyətli enerji, eləcə də, nəqliyyat layihələrinin müəllifi və təşəbbüskarıdır. Məhz bu layihələr regionun inkişafında vacib rol oynayır, həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir”- deputat bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın uğurlu inkişafı və beynəlxalq miqyasda artan nüfuzu erməni lobbisini, antiazərbaycançı mərkəzləri ciddi şəkildə narahat edir: “Ona görə də, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq üçün qarayaxma kampaniyası aparırlar. Antiazərbaycançı mərkəzlər, erməni lobbisi bu məsələdə Avropa Şurasının da “imkanlarından” istifadə edir. Ötən dövr ərzində ölkəmizə qarşı Avropa Şurasının bəzi rəsmi şəxslərinin qərəzli bəyanatları, qurumun Parlament Assambleyasının qəbul etdiyi qeyri-obyektiv sənədlər də bunu təsdiqləyir. Eyni zamanda, bir müddət öncə işğalçı Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil etdiyi qanunsuz “seçkilərə” təşkilatın münasibət bildirməməsi də bir daha Avropa Şurasında ölkəmizə qarşı ikili standartların olduğunu göstərir. Məsələ ilə bağlı Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, “Dağlıq Qarabağdakı “seçki” şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbi odur ki, AŞPA Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir””. ;

Sevinc Fətəliyeva xatırladıb ki, dövlət başçısının qeyd etdiyi kimi, Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər şoudur, təlxəklər tamaşasıdır. Dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti həmin “seçkiləri” tanımayıb. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər təşkilatlar bu seçki şousunu pislədilər. Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ; Amma Avropa Şurası tərəfindən bu “seçki şousuna” heç bir münasibət bildirilmədi. Cənab Prezidentin söylədiyi kimi, Avropa Şurası saxta seçkilərlə bağlı səsini çıxartmadığı təqdirdə bu təşkilatda obyektivlikdən, ədalətdən söhbət gedə bilməz. Təbii ki, bu fakt təşkilatın hansı maraqlara xidmət etdiyinin göstəricisidir. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və onun özündə ciddi islahatların aparılmasına ehtiyac var”- Sevinc Fətəliyeva bildiirb.

Millət vəkili əlavə edib ki, təşkilatın bır sıra ölkələrdə insan haqlarının pozulmasına, nümayişçilərə güc tətbiq edilməsinə, polis zorakılığına göz yumması onun ikili standartlarından xəbər verir. ;

“Belə bir halda, qurumun Azərbaycan haqqında qəbul etdiyi qərəzli sənədlərin heç bir əhəmiyyəti yoxdur. Bu gün Azərbaycan elə bir güclü dövlətdir ki, heç kim dövlətimizlə diqtə dilində danışa bilməz!”, -deyə, Sevinc Fətəliyeva vurğulayıb.

Mürtəza Ölkə.Az