Deputat dostluq qruplarının işi ilə bağlı təklif verdi

Milli Məclisin dostluq qrupları tərəfindən dünya ölkələrinin parlamentlərinə Dağlıq Qarabağda baş verən məsələlər və Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçkilərlə” bağlı məlumat

Deputat dostluq qruplarının işi ilə bağlı təklif verdi

Milli Məclisin dostluq qrupları tərəfindən dünya ölkələrinin parlamentlərinə Dağlıq Qarabağda baş verən məsələlər və Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçkilərlə” bağlı məlumat göndərilməsi təklif olunub. ;

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ramil Həsən çıxış edib. ;

Onun sözlərinə görə, Milli Məclisdə 82 dostluq qrupu fəaliyyət göstərir:

"Hesab edirəm ki, həmin dostluq qrupları tərəfindən dünya ölkələrinin parlamentlərinə Dağlıq Qarabağda baş verən məsələlər və Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçkilərlə” bağlı məlumat göndərilməlidir. Bu, önləyici vasitə ola bilər. Həmin ölkələrin parlamentləri məsələlərdən məlumatlı olarlar”.