Deputat: “Sosial şəbəkələr milli təhlükəsizliyə təhdidə çevrildiyindən, hüquqi tənzimləmə mexanizmini zəruri edir”

İternetin bəşəriyyətə təqdim etdiyi sərhədsiz imkanlar nəzarətsiz istifadə ; edildiyi təqdirdə insanlığın məhvinə gətirib çıxara bilər.

Deputat: “Sosial şəbəkələr milli təhlükəsizliyə təhdidə çevrildiyindən, hüquqi tənzimləmə mexanizmini zəruri edir”

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, artıq sosial şəbəkələr internet istifadəçilərinin əksəriyyətinin həyatının ayrılmaz ; hissəsinə çevrilib. “Sosial şəbəkə istifadəçilərinin sayının artan xətlə çoxalmasının əsas səbəblərindən biri də bu platformalarda xidmətlərin pulsuz təqdim edilməsidir. Əvvələr istifadəçilər haqqında danışarkən müəyyən yaş qruplarını aid edirdiksə, indi isə cəmiyyətin müxtəlif yaş kateqoriyalarından olanlar, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə edirlər deyə bilərik. Hər bir ölkədə sosial münasibətlər qanun əsasında qurulur. Əgər onlar bir-birinə qarşı hansısa təhqirə yol verirlərsə, qanun işə düşür. Lakin internet üzərindən virtual sosial şəbəkələrin meydana gəlməsi artıq qanundan kənar mühit yaradır. Sosial şəbəkələrin bu gün yaratdığı ən böyük problem məhz qanundan kənar mühitin olmasıdır”- deputat qeyd edib. ;

Deputat əlavə edib ki, müasir və qloballaşan cəmiyyətdə fərdin iki kimliyi mövcuddur: “Bunlardan biri milli kimlik, digəri isə “virtual kimlik”dir. Çox vaxt virtual kimlik milli kimliyi üstələyir və milli kimliyi məhvə gətirib çıxardır. Müasir dövrdə əksəriyyət sosial aləmdən kommunikasiya vasitəsi kimi istifadə etməklə yanaşı, həmçinin cəmiyyətə təsir kanalı kimi də istifadə olunur. Çox sayda istifadəçisi olan sosial struktur insanlara rahatlıq və azadlıq verir. Sanki bu səbəbdən də, xüsusilə anonimliyin qorunması insanlarda güvən hissi yaradır. Bu xüsusiyyətlərdən irəli gəlir ki, insanlar sosial aləmdə istədikləri ideologiyanı təbliğ və ya ; tənqid edirlər. Sosial resurslar informasiya platforması olmaqdan çıxıb, ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanına çevrilib”.

Müşfiq Cəfərov qeyd edib ki,virtual aləmin bizə verdiyi imkan və azadlıqlardan sui-istifadə edilməsi halları çox rast gəlinən mənzərədir: “Bunun nəticəsidir ki, bir çox istifadəçilərin şəxsi məlumatları oğurlanır və başqa məqsədlərlə istifadə olunur. Buna virtual cinayət və ya kibercinayət deyilir ki, hazırda sosial aləmin hüquqi baxımdan tənzimlənməsini də zəruri edir. ;

Nəzərə alsaq ki, informasiya və texnologiya məkanları dünya liderləri, siyasətçilər, tanınmış professor və incəsənət xadimlərindən tutmuş, terrorçuların, radikal cərəyanların nümayəndələri və zərərli ideologiya daşıyıcıları kimi insanların ortaq yeridir, o zaman ; deyə bilərik ki, virtual kimliklər gün ərzində faydalı məlumatlar almaqla ; yanaşı, zərərli hesab etdiyimiz ideoloji təsirlərə də məruz qalmaqdan sığortalanmır. Bu səbəbdən də sosial şəbəkələr zorakılığın, radikalizmin və cəmiyyət üçün ; zərərli ideologiyaların, fikirlərin yayılmasında böyük rol oynayır”.

Deputatın sözlərinə görə, BMT-nin İnkişaf Proqramı tərəfindən Afrikada sosial media istifadəsi və radikallaşma ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, informasiya və kommunikasiya texnologiyaları sosial, siyasi və iqtisadi inkişafa təkan verdiyi halda, radikalizmin genişlənməsi üçün imkanlar yaradır: ;

“Terror qruplarının sosial şəbəkələr vasitəsilə təbliğat apardıqları da danılmaz faktdır. “Twitter”, “Youtube” və digər sosial şəbəkə platformaları onlar üçün ucuz və effektli təbliğat vasitəsidir. Heç bir fiziki güc və əlavə resurs sərf etmədən özlərinə tərəfdar toplaya ; bilirlər. Ekspertlər hesab edirlər ki, terror təşkilatlarına qoşulan “döyüşçü”lərin coğrafiyasının genişlənməsinin əsas səbəbi sosial şəbəkələr vasitəsilə aparılan təbliğatın nəticəsidir. ;

BMT-nin növbəti bir araşdırması 2015-ci ildə nəşr etdiyi statistikaya görə, müxtəlif terror təşkilatlarına 100-dən çox ölkədən 40 minə yaxın “xarici döyüşçü” qoşulub. Bu araşdırmanın əhəmiyyəti ondan ibarətdir ki, onların çoxu internetə giriş imkanı yüksək olan ölkələrdən cəlb olunub. Əlbəttə burada internet amili ilə yanaşı, təhsil, iqtisadiyyat və s. kimi amillər də mövcuddur. ;

İnternetin bəşəriyyətə təqdim etdiyi sərhədsiz imkanlardan nəzarətsiz istifadə ; insanlığın məhvinə gətirib çıxara bilər.

Artıq dünyanın inkişaf etmiş ölkələri, həmçinin nüfuzlu ictimaiyyət nümayyəndələri və siyasi mərkəzlər bu sahədə həyəcan təbili çalır. Bildirirlər ki, sosial şəbəkələr milli təhlükəsizliyə qarşı ən böyük təhdidə çevrilməkdədir. Bu sahədə dünyanın bir çox böyük dövlətləri daha ; mühüm addımlar atırlar və Amerika, Türkiyə və Almaniya kimi dövlətlər tədbir görməyə başlayıblar. Azərbaycanda da bir neçə dəfə bu sahədə təkliflər irəli sürülüb, lakin hələ qanuni addım atılmayıb. İnanıram ki, bu sahədə uğur əldə etmiş ölkələrin ; siyasətini dəstəkləyən ölkəmiz sosial şəbəkələrin hüquqi baxımdan tənzimlənməsi sahəsində vətəndaşların və dövlətimizin mənafeyini qoruyan uğurlu addımlar atacaq”.

Mürtəza Ölkə.Az