Dəhşətli qəzada ölən hərbçi görün kim imiş? — FOTO

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Dəhşətli qəzada ölən hərbçi görün kim imiş? — FOTO

Qeyd edilib ki, dörd hərbi qulluqçunun və bir mülki şəxsin həlak olduğu qəzada həyatını itirənlərdən biri də Lerik rayonu Siyov kəndində anadan olan, Aprel Döyüşlərində iştirak etmiş ordumuzun giziri Ceyhun Qafarov olub.

Ceyhun Qafarovun atası, mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Lerik rayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır.

Qeyd edək ki, mayın 26-sı, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi "Saipa Saina EX” markalı, 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü, Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi "Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə, "Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri - 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə "Opel Vectra” markalı avtomobilin sərnişini 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər.

"Opel Vectra” markalı avtomobilin sürücü və "Saipa Saina EX” markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Ölkə.Az

;

“Ölkə.Az” reporta istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.

Belə ki, bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası “Report”a bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə isə C. İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.

Bakı-Şamaxı avtomagistralında ;ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az"ın APA-ya istinadən məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb.

Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş ;nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.