Dibala Yuventusla məşqləri bərpa etdi

"Yuventus"un hücumçusu Paulo Dibala bir müddət əvvəl yoluxduğu koronavirusdan danışıb.

Dibala Yuventusla məşqləri bərpa etdi

"Yuventus"un hücumçusu Paulo Dibala bir müddət əvvəl yoluxduğu koronavirusdan danışıb.

Bu barədə “Report” “Football Italia”ya istinadən xəbər verir.

O, qeyd edib ki, xəstəlikdən sonra əvvəlki kimi birdəfəlik bərpa olmayıb.

"Məndə koronavirus var idi, amma indi özümü çox yaxşı hiss edirəm. Hələ yüz faiz bərpa olmadım, amma artıq kifayət qədər yaxşıyam. İndi biz məşqlərə qayıdırıq, mövsüm yenidən başlanır, buna görə də tezliklə ən çox sevdiyimizi edə biləcəyik", - Dibala bildirib.

Qeyd edilir ki, argentinalı epidemiyanın başlanğıcından bir neçə dəfə COVID-19-la bağlı test verib. Analizlərin cavabları müsbət olub.

26 yaşlı hücumçu cari mövsümdə A Seriyasında 24 matçda oynayıb. O, bu oyunlarda 7 dəfə fərqlənib, dörd səmərəli ötürmə edib.

İtaliya çempionatı 12 iyunda davam etdirilməlidir.