DİM vətəndaş qəbulu ilə bağlı qərar verdi

Mərkəzdən "Ölkə.Az"a verilən məlumata görə, vətəndaşların qəbulu iyunun 12-si və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.

DİM vətəndaş qəbulu ilə bağlı qərar verdi

Xatırladaq ki, DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Vətəndaşlardan yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.