DİN-dən Sumqayıtla bağlı açıqlama: Nəzarət edilir — VİDEO

"Ölkə.Az"ın məlumatına görə, Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, şəhərin daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda boşdur. ;

DİN-dən Sumqayıtla bağlı açıqlama: Nəzarət edilir — VİDEO

Polis mərkəzlə yanaşı məhəlləarası yollara da nəzarət edir. Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparırlar.

Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Bu müddətdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin küçəyə çıxması qadağan edilib. ;

<iframe width="100%" height="430" src="https://qaynar.tv/embed.php?vid=73dc393bd" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>