DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində metronun “Qara Qarayev” stansiyasında polis əməkdaşları ilə sərnişinlər arasında yaşanan mübahisəyə münasibət bildirərkən deyib.

DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA

O qeyd edib ki, son günlər sosial şəbəkədə polis əməkdaşının metro stansiyasında karantin qaydasını pozan şəxsə irad bildirməsinə vətəndaşlar kəskin reaksiya veriblər:

“Bu məsələdə ictimaiyyətin münasibəti qəbuledilməzdir. Əslində, həmin şəxsin ətrafındakı vətəndaşlar polisə dəstək olmalı idilər. Çünki pandemiya dövründə ön cəbhədə duran həkimlər, polislər bunu özləri üçün deyil, vətəndaşlar üçün edirlər. Çox təəssüf edirəm ki, insanlar bir-birinə bu qaydalara riayət edilməsinin məcburiliyini izah etmirlər”.