DİQQƏT! Bu vitaminləri birgə qəbul etmək OLMAZ

Hazırda uşaqdan böyüyə hər kəs vitamin mineral defisiti yaşayır və bu da orqanizmdə sistem və orqanların işini pozur. Bir çoxları elə özləri aptekdən ürəyi istədiyi vitamini alıb, təlimata əməl etmədən qəbul edib, faydasını gözləyir.

DİQQƏT! Bu vitaminləri birgə qəbul etmək OLMAZ

Hazırda uşaqdan böyüyə hər kəs vitamin mineral defisiti yaşayır və bu da orqanizmdə sistem və orqanların işini pozur. Bir çoxları elə özləri aptekdən ürəyi istədiyi vitamini alıb, təlimata əməl etmədən qəbul edib, faydasını gözləyir.

Halbuki bir çox vitaminlərin bir-biri ilə uzlaşmadığını və əksinə birlikdə zərər etdiyini bilmir.

Peyk.az “Medicina.az”a istinadən  hansı vitamini necə qəbul etmək barədə lazımlı informasiyanı təqdim edir:

A vitamini + E və C

Bu vitaminlər hər biri yağda həll olunan vitaminlərdir. Ona görə bu vitaminləri qəbul etdiyiniz vaxtlar yağlı qida qəbuluna fikir verin və ya həmin gün mütləq yağ qəbul edin. Bu üçlük bir-birinə uyğundur və mane olmur. E vitamini vitaminləri qoruyur, gənclik vitaminidir, A vitamini immunitet və orqanizmin turşulaşmasına qarşı vitamindir, Cvitamini isə bu iki vitamini gücləndirən təbii katalizatordur.

A vitamini dəmir və sinklə də uyğundur, bu minerallarla da eyni vaxtda qəbul edilə bilər.

B 2 vitamini + B6 vitamini

Bu vitaminlər cüt qəbul olunsa yaxşıdır. B 6 vitamini tək aktiv olmayan formada sadəcə orqanizmdən keçib gedir və belə deyək, xaric olur. Məhz vitamin B 2 onu mənimsədir.

• Vitamin B 2 sinklə də əla uyğunlaşır, onun üçün təbii gücləndiricidir. Sinklə birgə B 2 qəbul etdikdə onun gücü artır və orqanizmi qoyur.

B 2 + kalsium

Bu vitamin kalsiumun miqdarına nəzarət edir, onun defisitinin qarşısını alır. B 2 bədəndə az olanda kalsium orqanizmdən çox çıxır.

Vitamin B6 + maqniy

Bu cütlüyü gözəl tanıyırsız, bir-birinə dayaq və köməkçidir. Vitamin maqniyin orqanizmdə mənimsənilməsini təmin edir.

Vitamin B 9+ Cvitamini

Cvitamini B 9un toxumalarda ehtiyat toplanmasına kömək edir.

B 12 +kalsium

Kalsium olmadan B 12-nin orqanizm tərəfindən mənimsənilməsi mümkün deyil

Vitamin C +dəmir+xrom

Bu üçü bir-birinin yaxşı mənimsənilməsi üçün katalizator rolunu oynayır.

Vitamin D+ kalsium+ fosfor

Dvitamini olmadan kalsiumun orqanizm tərəfindən mənimsənilməsi mümkün deyil. Bu üçünü birdən qəbul etmək olar. Əgər orqanizmdə Dvitamini azdırsa, deməli kalsium da yoxdur. Ona görə bunları ayrı-ayrı təyin etmək nəticə vermir.

Evitamini + selen

E vitamininin antioksidant təsiri məhz selenin təsiri ilə on qat artır. Bu ikisi birlikdə hüceyrə və toxumaları zədələnmədən qoruyur, yeniləyir

Vitamin K +kalsium

Bu cütlük sümüklərin möhkəmliyinə, ürək-damara cavabdehdir. K vitamini kalsiuma kömək edir ki, sümükləri qursun,bərkitsin. Eləcə də qanın düzgün laxtalanmasına cavabdehdir.

Bir-birinə uyğun olmayan və birgə qəbulu effektsiz vitaminlər:

B 1 vitamini +B2, B3

Bir qrupdan olan bu vitaminlər bir-birinə mənfi təsir edir və mane olub dağıdır.

B 9 vitamini + sink

B 12 vitamini + Cvitamini + dəmir

Evitamini +dəmir

Bu cütlüyü yazanlar çoxdur, amma dəmir preparatı ilə Evitamini birlikdə qəti yolverilməzdir.

Dəmir +kalsium +maqniy+sink

Bu üçlük dəmirin səviyyəsini azaldır, dəmir tabletlərinin mənimsənilməsini zəiflədir.

Sink + kalsium Marqans +kalsium +dəmir

www.peyk.az