Dirrikdə narkotik becərən Balakən sakini tutuldu — FOTO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahamalar kənd sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində saxlanılıb.

Dirrikdə narkotik becərən Balakən sakini tutuldu — FOTO

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dirrikdə, digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi səkkiz və kökündən çıxararaq kənara atdığı 29 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.