Home Slider Dizellə işləyən avtomobillər istifadədən ÇIXARILA BİLƏR – Sədr yeni TƏLƏBLƏRİ AÇIQLADI

Dizellə işləyən avtomobillər istifadədən ÇIXARILA BİLƏR – Sədr yeni TƏLƏBLƏRİ AÇIQLADI

134
0

Bakıda dizel yanacağı ilə işləyən avtobuslar istifadədən çıxarıla bilər.

PEYK.AZ-ın trend-ə istinadən verdiyi məlumata görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı bildirib.

V.Kərimli deyib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.

BNA rəhbəri qeyd edib ki, həmin tələblər hökumətə təqdim olunub: “Tələblərdən biri də odur ki, 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri sıxılmış qaz və elektriklə işləyən avtomobillərdən ibarət olsun. Bizim üçün ətraf mühit vacibdir”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here