''Doğrunu yalandan ayırd edə bilmirik'' — Nura Suri

''Ölkə.Az'' xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, artıq insanlar yalanla doğrunu ayırd edə bilmirlər. ''İnsanlar nə telekanallara, nə saytlara inanmırlar. Çox acınacaqlıdır. Bir əhvalat yadıma düşdü: Biri zarafat etmək üçün kənddə gecə qışqırır ki, evim yanır, evim yanır. Camaat oyanıb, çölə qaçır. Gəlib görürlər ki, gülür və evi yanmır. Dağılırlar evlərinə. Bir müddət sonra başqasının evi yanır, qışqırıb köməyə çağırır, gələn olmur. Bu əhvalatdakı kimiyik hamımız. Doğrunu yalandan ayırd edə bilmirik. Bunun günahı kimdədir?'' -deyə ifaçı qeyd edib. ;

''Doğrunu yalandan ayırd edə bilmirik'' — Nura Suri

Ölkə.Az