Doğum evində DƏHŞƏTLİ YANĞIN: 8 körpə öldü - VİDEO

Əlcəzairin Əl-Ued şəhərində dəhşətli yanğın baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəxananın doğum şöbəsində qeydə alınan hadisə zamanı 8 körpə həyatını itirib.

Yanğından 12 körpə, 107 qadın hamilə qadın və 28 həkim xilas edilib.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb olunub.

Hökumət hadisəni nəzarətə götürüb. Hadisənin səbəbləri araşdırılır.