Dolu Göyçayın kəndinə ciddi ziyan vurub

Göyçay rayonuna dolu düşüb.

Dolu Göyçayın kəndinə ciddi ziyan vurub

Göyçay r ayonuna dolu düşüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Çərəkə kəndinə düşən dolu güclü külək və leysanla müşayiət olunub.

Sakinlərin sözlərinə görə, dolu nəticəsində kəndə elektrik enerjisinin verilməsi dayandırılıb. Təbii hadisə ;qısa müddət davam edib. Nəticədə taxıl sahələrinə və istixanalara ciddi ziyan dəyib.