Donald Gerye “Neftçi”dən getdi

Donald Gerya "Neftçi"dən ayrılıb. "Peyk.AZ" xəbər verir ki, bu barədə Haiti millisinin futbolçusu instaqram hesabında yazıb. "Yeni səhifə vax

Donald Gerye “Neftçi”dən getdi

Donald Gerya "Neftçi"dən ayrılıb.

"Peyk.AZ" xəbər verir ki, bu barədə Haiti millisinin futbolçusu instaqram hesabında yazıb.

"Yeni səhifə vaxtıdır. Təşəkkür edirəm, "Neftçi". Xoş idi", - deyə 31 yaşlı yarımmüdafiəçi bildirib.

Qeyd edək ki, Donald Gerye "ağ-qaralar"la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı. Daha əvvəl “Qarabağ” (2017 - 2019), Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb.