Donald Tramp: "Obama xain və satqındır"

Donald Tramp:

ABŞ prezidenti Donald Tramp keçmiş ölkə lideri Barak Obamanın xain hərəkət etdiyini söyləyib.

“ Report”-a istinadən bildiririk ki, bu barədə “Washington Examiner” yazıb.

Tramp, Obama tərəfdarlarının 2016-cı il prezident seçkilərində casusluq etdiyini iddia edib.

“Onların etdikləri xəyanət idi. Bu satqınlıqdır...” - Tramp vurğulayıb.

Dövlət başçısı Obamanın və işçilərinin bu hərəkətindən kədərləndiyini vurğulayıb.