Donalda Trampa şok qadağa: Putinlə danışa bilməz

Donalda Trampa şok qadağa: Putinlə danışa bilməz
https://www.peyk.az

ABŞ Prezidentinin impiçment proseduruna başlanmasına səbəb olan Tramp-Zelenski arasındakı telefon müzakirəsinin stenoqramı ictimaiyyətə açıqlandıqdan sonra Ağ Ev mümkün olan növbəti qalmaqallı olayların qarşısını almaq üçün ehtiyat tədbirlərinə başlayıb.

Teleqraf.com CNN kanalına istinadla xəbər verir ki, Ağ Ev Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Məhəmməd bin Salmanla baş tutan telefon danışıqlarına girişə maneə yaradıb.

Ədliyyə Nazirliyi tərəfindən yayımlanan stenoqramda Tramp avqust ayında Zelenskidən 2020-ci il prezident seçkilərində rəqibi olacaq Co Baydenin fəaliyyətinin araşdırılmasına başlanması, bunun üçün ədliyyə naziri Villiam Barr ilə əməkdaşlıq edilməsini istəyib.

Bundan sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının lideri Nensi Pelosi Trampın demokratların namizədi Baydeninin Ukraynada araşdırılması tələb etməsi ilə qanunları pozduğunu elan edib və ona qarşı impiçment proseduruna başlandığını bildirib.