Home Gündəm Dövlət gömrük xi̇dməti̇ni̇n sabi̇q sədri̇ BAKIDA hava li̇manında saxlanıldı

Dövlət gömrük xi̇dməti̇ni̇n sabi̇q sədri̇ BAKIDA hava li̇manında saxlanıldı

79
0

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

PEYK.Az “Report”a istinadən xəbər verir ki, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here