Dövlət məmurunun Avropaya qaçırmaq istədiyi milyardlar hava limanında tutuldu - ŞOK GÖRÜNTÜLƏR

Maria Maalouf adlı livanlı bir jurnalistin paylaşdığı görüntülər sosial şəbəkələrdə gündəm olub.

Dövlət məmurunun Avropaya qaçırmaq istədiyi milyardlar hava limanında tutuldu - ŞOK GÖRÜNTÜLƏR
https://www.peyk.az

Maria Maalouf adlı livanlı bir jurnalistin paylaşdığı görüntülər sosial şəbəkələrdə gündəm olub.

Metbuat.az xəbər verir ki, aşağıdakı videonu paylaşan jurnalist qeyd edib:

"Dubay hava limanın təhlükəsizlik orqanları ölkədən Avropaya qaçırılması nəzərdə tutulan Nuri əl-Malikiyə məxsus yüzlərlə milyard dollar dəyərində İraq xəzinəsinə aid pulu ələ keçirib. Bu məbləğ 5 ərəb ölkəsinin 10 illik büdcəsi deməkdir".

Böyük müzakirələrə səbəb olan video haqqında rəsmi açıqlamala isə ard-arda gəlib. Belə ki, ilk öncə Nuri əl-Malikinin media sözcüsü Hişam əl-Rikabi açıqlama yayıb:

"Yalanlarınıza artıq heç kim inanmayacaq. güman ki, bu hadisə köhnədir və bu pullar Qəddafi rejimi zamanında qaçmağa çalışan liviyalıya aiddir".

Dubay polisi də sosial şəbəkələrdə yayılan bu video haqqında açıqlama verib. Polkovnik İssa əl-Qasim pulların heç də iddia edildiyi kimi bir ərəb məmuruna deyil, videodakı şəxsi aldatmağa çalışan bir afrikalı dəstəsinə aid olduğunu qeyd edib:

"Bu dəstə sosial media vasitə ilə bir şəxsi aldatmağa çalışıb. Əvvəlcə onu özlərinin saxta dollar cinayətinə alət ediblər, sonra isə onu şantaj ediblər".