Dövlət tərəfindən qoyulan bütün qadağaların bizim səhhətimiz üçün gərəkli olduğunu unutmamalıyıq — Əsli Kazımova

Bunu “Ölkə.Az”a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib. ;

Dövlət tərəfindən qoyulan bütün qadağaların bizim səhhətimiz üçün gərəkli olduğunu unutmamalıyıq — Əsli Kazımova

Onun sözlərinə görə, cari ilin 6 iyun tarixindən 8 iyun tarixinə qədər ; evdən çıxmanın qadağan edilməsi ilə bağlı sərt qərarların verilməsini daha öncə biz Türkiyənin pandemiya ilə mübarizə tədbirləri sırasında müşahidə etdik və bu, müsbət nəticə verdi: “ Panikaya gərək yoxdur. Covid-19 pandemiyası bütün dünyada vüsət alan epidemiyadır. Peyvəndi və müalicəsi üçün hələ ki bütün sınaqlar müsbət nəticə verməmişdir. Hər bir ölkənin praktikasında biz pandemiyanın pik nöqtəsini müşahidə etdik. Cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə ən başdan tətbiq edilən sərt mübarizə konsepti əslində, digər ölkələrin təcrübəsindən istifadə etmək üçün bizə şərait yaratmış oldu.

2020-ci ilin əvvəlindən başlayaraq, dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən bu günə kimi təxirəsalınmaz və qətiyyətli tədbirlər ; görülməkdədir. “Profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Operativ Qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan edilib, kütləvi tədbirlər ləğv edildi, ölkəmizin quru sərhədləri bağlanıldı, şəhər və rayonlararası gediş-gəliş dayandırıldı. ; Ölkədə pandemiya ilə ; mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirilməsi də, düşünürəm ki, xüsusi qeyd edilməlidir. Çünki, Azərbaycan ərazisində yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlərin görülməsi birmənalı olaraq, ; vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasına hesablanmışdır.

Hazırda pandemiyada yaşanan ikinci dalğanı da ən az zərərlə dəf edə bilməyimiz üçün dövlət tərəfindən qoyulan bütün qadağaların bizim səhhətimiz və can güvənliyimiz üçün gərəkli olduğunu unutmamalıyıq. Bu üzdən hər kəsi hamılıqla pandemiya ilə mübarizədə həmrəylik və birlik olmağa çağırıram! ; Düşünürəm ki, bir müddət həmrəyliyimizi izolyasiya şəraitində yaşamağı öyrənməkdə də xeyir vardır!”.

Mürtəza Ölkə.Az