Dövlətin müğənnilərə yardım etdiyini bilsəydim, mən də alardım — Elnarə Abdullayevadan MARAQLI AÇIQLAMALAR

Bu sözləri “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində Əməkdar artist Elnarə Abdullayeva deyib.

Dövlətin müğənnilərə yardım etdiyini bilsəydim, mən də alardım — Elnarə Abdullayevadan MARAQLI AÇIQLAMALAR

Xanəndə bəzi sənətçilərin dövlətdən yardım almağıyla bağlı məsələyə də toxunub: ; "Dövlətin sənətçilərə, müğənnilərə yardım etməsindən xəbərim olmayıb. Olsaydı, yəqin ki, mən də yardım alardım. Hətta bir müddət dinc qalmaq üçün telefonumu belə özümdən uzaqlaşdırmışdım. Düzünə qalsa, son aylarda mənə xəstəlikdən, virusdan başqa heç nə maraqlı deyil. Gecə-gündüz dua edib, namaz qılıb Allaha yalvarıram ki, vətənimin, millətimin üzərindən bu xəstəlik keçib getsin. ;

Abdullayeva bildirib ki, karantin dövründə bir neçə gün Şamaxıda olub:

Yenicə Şamaxıya gedib, qayıtmışam. Tikdirdiyim bulaqla və digər işlərim bağlı bəzən Şamaxıya gedirəm. Orada gördüyüm işləri nəzarətsiz qoymaq istəmirəm. Necə deyərlər, bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar". ; Elnarə Abdullayeva onu tənqid edən əməkdaşı Mətanət İsgəndərli haqqında da söz açıb: "Əvvəla deyə bilərəm ki, mən heç kəsi tənqid etməmişəm. Mənə maraqlıdır niyə öz fikrimi ifadə etməyim bəzilərini bu qədər narahat edir? Məsələn, polisdən, həkimdən, aşpazdan soruşanda ki, ''İstəyərsənmi övladın sənin sənətini davam etdirsin?'' əksəriyyəti ''Yox'' cavabını verir. Məgər, polis və ya aşpazlıq sənəti pisdir ki? Sadəcə olaraq bəzilərinin qarnı o qədər qurdludur ki, hər sözümə görə məni tənqid edirlər. Başa düşə bilmirəm ki, niyə bu qədər xofludurlar?" ;

Ölkə.Az