“Dərs vaxtı”nın sabaha olanCƏDVƏLİ

“Mədəniyyət” və

“Dərs vaxtı”nın sabaha olanCƏDVƏLİ

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin və peşə təhsili üzrə teledərslərin mayın 8-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Peyk.az xəbər verir ki, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından izləmək imkanı əldə edə bilərlər.

www.peyk.az